Bir çox qadın düşünür ki, #sidik qaçırma, #sidik kisəsinin tam boşalmaması hissi (#sistosel), uşaqlıq yolunda genişlik hissi, cinsi əlaqə zamanı narahatlıq, uşaqlıq yolunun sallanması, qəbizlik və tam boşala bilməmə hissi (#rektosel) bir-birindən tamamilə fərqli problemlərdir və hər biri üçün ayrıca əməliyyat tələb olunur.

Əslində isə bu, hər zaman belə deyil.
Müayinə zamanı pasiyentin şikayıtləri düzgün qiymətləndirildikdə, uyğun pasiyentlərdə KOMBİNƏ CƏRRAHİ YANAŞMA tətbiq edilə bilər. Yəni bir əməliyyat planı çərçivəsində bir neçə problemin eyni anda aradan qaldırılması mümkündür.
Bu cür əməliyyatlara ehtiyac pasiyentin şikayətləri, doğuş sayı, toxumaların vəziyyəti və müayinə nəticələrinə əsasən müəyyən edilir. Bir çox hallarda #TOT əməliyyatı, #VAGİNOPLASTİKA, #KOLPORAFİYA, #LEVATOROPLASTİKA, #PERİNEOPLASTİKA və #HUDOPLASTİKA, #LABİOPLASTİKA birlikdə planlanaraq həm funksional, həm də estetik nəticə əldə edirik.
☝🏻Ən vacibi isə odur ki, bu problemləri “doğuşdan sonra normaldır” deyə qəbul etməyəsiniz. Müasir ginekologiyada onların effektiv müalicə üsulları mövcuddur!
💙 Siz də bu şikayətlərdən biri və ya bir neçəsi ilə qarşılaşırsınızsa, müayinə olunaraq sizin üçün ən uyğun müalicə planını öyrənə bilərsiniz.
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
