Endometrioz – uşaqlıq daxilini örtən toxumanın (endometrium) uşaqlıqdan kənar bölgələrdə, xüsusilə yumurtalıqlarda, borularda və qarın boşluğunda yerləşməsidir. Bu vəziyyət qadınlarda xroniki ağrıya, sonsuzluğa və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

Əlamətlər:
•Menstruasiya zamanı və ya cinsi əlaqə zamanı güclü ağrı
•Qarnın alt hissəsində daimi sancı
•Aylıq qanaxmaların qeyri-normal olması
•Sonsuzluq
•Həzm və sidik problemləri
Nə zaman əməliyyat lazımdır?
•Ağrı dərmanlara cavab vermirsə
•Sonsuzluq problemi varsa
•Yumurtalıqlarda kistalar (endometriomalar) varsa
•Daxili orqanlar arasında yapışmalar yaranıbsa
•Endometrioz yayılmış formadadırsa
Əməliyyat üsulu:
Laparoskopik endometrioz cərrahiyyəsi – dəqiq görüntü altında xəstə toxumaların tam çıxarılması, sağlam toxumanın qorunması yolu ilə.
Üstünlüklər:
•Ağrıların kəskin azalması
•Reproduktiv funksiyanın bərpası
•Gündəlik həyat keyfiyyətinin yüksəlməsi
•Hormonal balansın dəstəklənməsi
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
