#Miomektomiya- uşaqlıq miomalarının götürülməsi

#Mioma – uşaqlığın əzələ qatından inkişaf edən xoşxassəli törəmədir. Statistik olaraq hər 3 qadından birində rast gəlinir. Bəzən simptomsuz inkişaf edə bilər, lakin ölçüsü artdıqca ciddi narahatlıqlara, qanaxmalara və hətta reproduktiv problemlərə səbəb ola bilər.

#Miomektomiya – uşaqlığı qoruyaraq yalnız miomanın cərrahi yolla çıxarılmasıdır və reproduktiv funksiyanın saxlanılması baxımından ən optimal yanaşmalardan biridir.

#Miomanın əsas əlamətləri:

  • Uzunmüddətli və intensiv menstrual qanaxmalar
  • Qarının aşağı hissəsində ağrı və təzyiq hissi
  • Tez-tez sidiyə getmə
  • Hamilə qalmaqda çətinlik
  • Qarında böyümə və dolğunluq hissi

#Mioma nə zaman cərrahi müdaxilə tələb edir?

  • Sürətli böyümə müşahidə olunursa
  • Sonsuzluğa və ya hamiləliyin pozulmasına səbəb olursa
  • Davamlı və güclü qanaxmalar verirsə
  • Ağrı, təzyiq və qonşu orqanlara təsir edirsə

💢Qeyd: Müasir ginekologiyada düzgün seçilmiş cərrahi taktika ilə həm sağlamlığınızı qorumaq, həm də gələcək ana olmaq şansını saxlamaq mümkündür.

Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04