#Poliplər – uşaqlıq daxilində (endometrium), uşaqlıq boynunda və ya uşaqlıq yolunda yaranan, əksər hallarda xoşxassəli toxuma artımlarıdır. Kiçik ölçülü olsa da, poliplər menstruasiya pozğunluqlarına, sonsuzluğa və nadir hallarda xərçəngə çevrilməsinə səbəb ola bilərlər.

Onlar adətən kiçik ölçülü olur və bəzən heç bir əlamət vermədən mövcud olurlar.
Bir çox hallarda #poliplər təsadüfən ginekoloji müayinə və ya ultrasəs müayinəsi zamanı aşkar edilir.
⚠️ Bəzi qadınlarda isə aşağıdakı əlamətlər müşahidə oluna bilər:
- menstruasiya arası qanaxma
- menstruasiyanın uzun və ya çox olması
- cinsi əlaqədən sonra qanaxma
- hamilə qalmaqda çətinlik
- menstruasiya zamanı böyükü ölçülü laxtaranın olması
📌 Poliplərin yaranmasında hormonal dəyişikliklər, xüsusilə estrogen hormonunun təsiri rol oynaya bilər.
🔎 Diaqnoz adətən:
- ginekoloji müayinə
- ultrasəs (USM)
- histeroskopiya vasitəsilə qoyulur.
💠 Müalicə #polipin ölçüsündən və pasiyentin vəziyyətindən asılı olaraq planlaşdırılır. Bəzi hallarda histeroskopiya ilə polipin götürülməsi tövsiyə edilir.
💗 Qadın sağlamlığını qorumaq üçün mütəmadi ginekoloji müayinələr vacibdir
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
