Əslində “eroziya” termini çox qadına tanışdır, amma əksəriyyət bu diaqnozun nə qədər ciddi ola biləcəyini tam dərk etmir.
Uşaqlıq boynunun eroziyası — selikli qişasının zədələnməsi və epitel hüceyrələrinin dəyişməsi deməkdir.

⚠️Bəzən bu dəyişiklik zərərsiz ola bilər, amma bəzən iltihab, HPV infeksiyası və ya displaziya ilə müşayiət olunarsa — onkoloji risklərin başlanğıc nöqtəsi ola bilər.
Nədir eroziyanın yaranma səbəbi?
💠 Uzunmüddətli iltihab və infeksiyalar;
💠 Uzun müddətli kotraseptivlərin qəbulu və UDK (spiralın) olması;
💠Hormonal disbalans;
💠Travmalar (doğuş, abort, müdaxilələr);
💠 HPV infeksiyası;
💠 Aşağı immunitet.
☝🏻Uşaqlıq boynunun eroziyası – sakit gedişli, amma diqqətsiz qalarsa ciddi nəticələrə gətirə bilən bir vəziyyətdir.
Ona görə də vaxtında ginekoloji müayinə, erkən diaqnoz və düzgün müalicə — qadın sağlamlığının əsas qoruyucusudur!
Dr. Fəxrəndə Rəsulova ilə konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.
📞 +994 70 960 90 04
