Vaginal mikroflora — qadın sağlamlığında mühüm rola malik olan mikroorqanizmlər toplusudur. Onlar uşaqlıq yolunda təbii balans yaradır, infeksiyalara qarşı qoruyucu baryer funksiyasını yerinə yetirir. Vaginal mikrofloranın əsasını isə laktobasillər (Dederleyn çöpləri) təşkil edir. Bu bakteriyalar hidrogen peroksid istehsal edərək, vaginada turş mühit formalaşdırır və xəstəlik törədən mikroorqanizmlərin çoxalmasının qarşısını alır.

☝🏻Vaginal mikrofloranın pozulması nə ilə nəticələnir?
Mikrofloranın tarazlığı pozulduqda – yəni disbioz baş verdikdə – Candida göbələkləri, E.coli, streptokok və stafilokok kimi patogenlər aktivləşir. Bu isə aşağıdakı şikayətlərə səbəb ola bilər:
▫️ Qoxulu və qeyri-adi axıntılar
▫️ Qaşınma və göynəmə hissi
▫️ Təkrarlayan infeksiyalar
▫️ Ginekoloji iltihablar
Mikrofloranı necə qoruyaq?
✅ Gündəlik gigiyena zamanı yalnız ılıq su istifadə edin
✅ Daxilə su vuraraq yuyunmadan çəkinin
✅ Sabun, intim gel və digər kimyəvi vasitələrdən istifadə etməyin
✅ Alt paltarı tez-tez dəyişin, pambıq materiala üstünlük verin
✅ Günlük bezlərin keyfiyyətinə diqqət edin və uzun müddət üzərinizdə saxlamayın, tez-tez dəyişin
Unutmayın:
Vaginanın özünü təmizləmə xüsusiyyəti var. Sadəcə düzgün gigiyena qaydalarına əməl etməklə onun təbii balansını qorumaq mümkündür.
Əgər sizdə vaginal axıntı, pis qoxu, yanma və ya diskomfort kimi əlamətlər varsa, vaxt itirmədən mütəxəssisə müraciət edin.
Ətraflı məlumat və konsultasiya üçün Dr. Fəxrəndə Rəsulova ilə əlaqə saxlayın.
📞 Ətraflı məlumat və müraciət üçün:
+994 70 960 90 04
