MİOMA BƏDXASSƏLİDİRMİ?

Mioma nədir?

Mioma (və ya fibromioma) — uşaqlığın saya əzələ qatından inkişaf edən xoşxassəli törəmədir. Bu törəmə hormonlara — əsasən estrogen və progesterona həssasdır, xoşxassəlidir və çox az hallarda bədxassəliyə çevrilir. Yerləşməsinə görə miomalar submukoz (uşaqlıq boşluğunda), intramural (divarda) və subseroz (səthində) olur. Bəzən heç bir əlamət vermədən inkişaf etsə də bəzi hallarda ciddi şikayətlərə səbəb ola bilər.

ƏN ÇOX RAST GƏLİNƏN ƏLAMƏTLƏR:

•Güclü və uzun sürən aybaşı qanaxmaları
•Qarnın alt hissəsində ağırlıq və ya ağrı
•Sidiyə tez-tez çıxma
•Hamilə qalmaqda çətinlik və ya erkən düşük riski

NƏ ÜÇÜN ERKƏN DİAQNOZ VACİBDİR?

Miomanın xoşxassəli olması təhlükəsiz olduğu anlamına gəlməz. Erkən diaqnoz və düzgün müalicə həyat keyfiyyətini qoruyur və gələcəkdə ciddi ginekoloji problemlərin qarşısını alır.

Miomalar adətən yavaş böyüyür – orta hesabla 5 il ərzində. Lakin bəzən sürətlə inkişaf edərək 1 ilə qədər müddətdə hamiləlik ölçüsündə böyüyə bilər.

Bu zaman aşağıdakı fəsadlar yaranma riski artır:
•Düzənsiz menstrual qanaxmalar
•Sonsuzluq və təkrarlanan düşüklər
•Vaxtından əvvəl doğuş
•Doğuş zamanı və sonrasında qanaxmalar
•Dölün düzgün yerləşməməsi

👉 Əgər Siz də oxşar şikayətlərlə qarşılaşırsınızsa və dəqiq diaqnoz, müasir yanaşmalarla müalicə istəyirsinizsə,
📞 Elə indi Dr. Fəxrəndə Rəsulova ilə konsultasiyaya yazılın !

Mob / WhatsApp: +994 70 960 90 04