Uşaqlıq boynu xərçəngi zamanında aşkarlandıqda tamamilə qarşısı alına bilən bir xəstəlikdir. Bu mübarizədə müasir ginekoloji yanaşmalardan biri də LEEP prosedurudur (Loop Electrosurgical Excision Procedure). Bu metod, uşaqlıq boynunda (serviksdə) anormal hüceyrələrin və ya şübhəli toxumaların elektrocərrahiyə ilə kəsilib çıxarılması texnikasıdır.

LEEP nə zaman təyin edilir?
•Pap-Smear testində anormal hüceyrələr aşkarlanarsa
•Kolposkopiya zamanı şübhəli nahiyə müşahidə olunarsa
•Uşaqlıq boynu polipi diaqnozu qoyularsa
•Serviksdə prekanser (xərçəngönü) dəyişikliklər müşahidə edilərsə
Bu hallarda LEEP, həm diaqnostik, həm də müalicəvi məqsədlə tətbiq olunur. Prosedur zamanı uşaqlıq boynundakı dəyişmiş toxuma nazik bir elektrod petlə ilə kəsilərək çıxarılır. Beləliklə, həm xərçəngönü hüceyrələr aradan qaldırılır, həm də dəqiq histoloji analiz üçün nümunə əldə edilir.
Prosedur necə keçirilir?
•Yalnız 10-20 dəqiqə davam edir
•Anesteziya altında, tam ağrısız şəkildə icra olunur
•Klinik şəraitdə, ambulator olaraq həyata keçirilir
•Qısa müddətli bərpa dövrü ilə pasiyent gündəlik həyatına qayıda bilir
Niyə LEEP?
•Xərçəngin zamanında qarşısını almaq üçün effektivdir
•Anormal hüceyrələrin dəqiq şəkildə aradan qaldırılmasını təmin edir
•Sadə, təhlükəsiz və tez bərpa olunan bir prosedurdur
Unutmayın: Uşaqlıq boynu xərçəngi gizli irəliləyir. Mütəmadi müayinələr və vaxtında aparılan LEEP proseduru ilə bu təhlükənin qarşısını almaq tamamilə mümkündür.
Əgər siz də Pap-smear nəticənizdə problem varsa, yaxud kolposkopiya zamanı şübhəli dəyişiklik aşkarlanıbsa — Dr. Fəxrəndə Rəsulovaya müraciət edə bilərsiz.
Sizin sağlamlığınız bizim üçün önəmlidir.
📞 Elə indi Dr. Fəxrəndə Rəsulovaya qəbula yazılın.
Mob / WhatsApp: +994 70 960 90 04
