DR. FƏXRƏNDƏ RƏSULOVA
MAMA-GİNEKOLOQ, CƏRRAH. ESTETİK GİNEKOLOGİYA ÜZRƏ MÜTƏXƏSSİS
. AZƏRBAYCANDA İLK HPV MÜALİCƏ MƏRKƏZİNİN YARADICISI.

Həkim Fəxrəndə Rəsulova – 8 ilə yaxın peşəkar təcrübəsi ilə qadın sağlamlığının bütün mərhələlərində – ginekoloji xəstəliklərdən estetik müdaxilələrə qədər – müasir və yüksək keyfiyyətli tibbi xidmətlər təqdim edir.

Akademik və Peşəkar Fəaliyyəti:

Fəxrəndə Rəsulova 2008–2014-cü illər arasında Kursk Dövlət Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə ali tibb təhsili almışdır. 2014–2016-cı illərdə həmin universitetin kliniki ordinaturasında Mama-ginekoloq ixtisası üzrə prof. Konoplya Aleksey Aleksandroviçin rəhbərliyi altında xüsusi yetişdirilmiş və ginekologiyanın bütün sirlərini öyrənib, ixtisaslaşmanı müvəffəqiyyətlə tamamlamışdır.

2021-ci ildən etibarən Rusiya Milli Tədqiqat Tibb Universitetində (N. İ. Pirogov adına) aspirantura təhsilini davam etdirir. Həkim Fəxrəndə Rəsulovanın elmi rəhbəri bu sahənin tanınmış mütəxəssisi, kafedra müdiri professor Dobroxotova Yuliya Eduardovadır. Aspirantura çərçivəsində ginekoloji sahədə müasir diaqnostika və müalicə metodikaları üzrə elmi tədqiqat işi üzərində çalışır. Disertantdır.

Həkim Fəxrəndə Rəsulova klinik praktikasında bütün ginekoloji və cərrahi müdaxilələri icra edir. O, həm estetik ginekologiya, həm də klassik ginekoloji cərrahiyyə sahəsində peşəkar təcrübəyə malikdir. Aşağıdakı müalicə və əməliyyat prosedurlarını uğurla həyata keçirir:

Müalicə etdiyi xəstəliklər icra etdiyi əməliyyatlar:

– Vaginoplastika (kolporafiya)

– Labioplastika

– Hudoplastika

– Levatoroplastika

– TOT əməliyyatı

– Boru bağlama əməliyyatı

– Laparoskopik əməliyyatlar

– Laparotomik əməliyyatlar

– ⁠Histeroskopiya

– Hamiləlin aparılması

– ⁠Sonsuzluğun müayinə və müalicəsi

– ⁠Təbii doğuş və keysəriyyə

– Miomanın müayinə və müalicəsi

– Polipin müayinə və müalicəsi

– Cinsi yolla yoluxan infeksiyaların müayinə və müalicəsi

– ⁠Uşaqlıq boynu eroziyasının müalicəsi – voparizasiya (yandırılması)

– ⁠Kolposkopiya

– ⁠Kondilomaların və papilomaların təmizlənməsi

– ⁠Genital bölgənin kosmetoloji prosedurları (müalicəvi prp-plazma, prp plazma-gel, mezo-terapiya)

– ⁠CO2 lazer prosedurları

QƏBULA YAZIL

SERTIFIKATLAR